Zəfər Abidəsi

Information

Zəfər Abidəsi

ZƏFƏR YOLU ABİDƏ KOMPLEKSİNİN ANATASİYASI Müəllif: Aşurov Elçin Alı oğlu Abidədə zəfər yolunu ifadə edən yuxarı istiqamətlənmiş beton yol ǝks olunmuşdur. Onun zirvəyə doğru yönəlməsi yüksəlişi və dönməzliyi ifadə edir. Yolun başında xarıbülbül-ün yerləşməsi bu yolun zəfər yolu olması fikrini aks etdirir. Xarıbülbül (zəfər) çox çətin bir mühitdə bitmişdir.O betonu yarmaq gücünü özündə tapıb. Bu qazanılan zəfərin necə çətin bir mühitdə qazanıldığını və necə mümkünsüzün mümkün olduğunu nümayiş etdirir. Abidənin arxasına keçdikdə Xarıbülbülün kökü görünür. Bü kök həm sonsuzluq işarəsi həm də 8 rəqəmi formasındadır. Sonsuzluq bu zəfərin daim və əbədi olmasını ifadə edir. 8 zəfər gününün tarixini bildirir. 8 Skulpturu- şəhidlərin adı təsvir olunan platforma üzərində yerləşir. Bununlada betonu yaran xarıbülbülün kökünün məhz qəhrəman övladlarımızdan, onların ruhundan qidalandığı aydın olur. Mərkəzi platforma kənarında daimi ocaq yanması nəzərdə tutulur. Bu şəhidlərin ruhuna hörmət və ehtiramı ifadə edir.

Category:
Date:
Previous Project
Next Project